30 may 2011 13:11
Korotenko və Rəhimova Azərreyl`də qaldı
“Azərreyl” voleybol klubu 2 oyunçusu ilə müqavilələrini yeniləyib. Azerisport.az xəbər verir ki, “dəmiryolçular” son mövsümdə komandanın şərəfini qoruyan Azərbaycan yığmasının üzvləri - Valeriya Korotenko və Polina Rəhimova qalmağa qərar veriblər.
Onların hər ikisi klubuyla yeni bir illik müqaviləyə imza atıb. Əlavə edək ki, “Azərreyl” buna qədər lgeionerləri - braziliyalı Paulino Pereyra, tailandlı Nutsara Tomkom və amerikalı Tamas Cenefferlə də yeni müqavilə imzalamışdı.
