27 may 2011 13:44

Çempionumuz mundiala dəvət gözləyir

Son mövsüm Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar liqasında fəxri ikinci yerə sahib olan Rabitə Bakı komandası Beynəlxalq Voleybol Federasiyasından (FİVB) Klublararası Dünya Çempionatında iştirak etmək üçün xüsusi dəvətnamə gözləyir. Azerisport.az xəbər verir ki, 8-14 oktyabr 2011 cil il tarixlərində Qətər`in Doha şəhərində təşkil olunacaq Mundiala birbaşa vəsiqəni təmin edən 5 qitə çempionundan başqa, daha bir komandaya Beynəlxalq Voleybol Federasiyası tərəfindən xüsusi dəvətnamə təqdim edilir ki, “Rabitə” də buna ən real namizəd sayılan komandaların önündə gəlir.
 
Buna səbəb kimi  ötən il analoji yarışa Çempionlar liqasında ikinci yer tutaraq dəvətnamə ilə qatılan “Fənərbaxça Acıbadem”in iştirakı nümunə göstərilə bilər. 2009/10 mövsümündə Volley Berqamoya Avropa Çempionlar Liqasının finalında yenilən Türkiyə komandası  italyanlarla bərabər bu turnirdə iştirak hüququ qazanmış və məhz onlar bu turnirdə çempion titulunu qazanmışdılar.
 
Bu qanuna uyğunluğu nəzərə alaraq son illərin dəyişməz çempionu “Rabitə” bu turnirdə iştirak etmək hüququna məhz eyni uğuru təkrarladığına görə sahib çıxmalıdı. Artıq bununla bağlı Azərbaycan Voleybol Federasiyası CEV-ə müraciət edib. Bu müraciətə əsasən CEV prezidenti cənab André MEYER Beynəlxalq Voleybol Federasiyası qarşısında vəsatət qaldırıb.

 

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub