24 may 2011 14:16
Azərreyl yığmanın kapitanını qaytarmaq niyyətindədir
Parxomenko "Dinamo"nu tərk etdi. "Azərreyl" yığmanın kapitanını qaytarmaq niyyətindədir.
Bakının "Azərreyl" klubu voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının kapitanı Oksana Parxomenkonu qaytarmaq niyyətindədir. Azerisport.az xəbər verir ki, yaxın ərəfədə son mövsümü Moskva "Dinamo"sunda keçirmiş Parxomenkonun komandanın düşərgəsini tərk etdiyi elan edilmişdi. Onun yerini moskvalıların heyətində Vera Ulyakina tutub.
"Oksana legionerdir. Federasiyamızın müəyyənləşdirdiyi məhdudiyyəti nəzərə alaraq rusiyalı oyunçunun seçimini qərara aldıq", deyə "Dinamo"nun icraçı direktoru Vladimir Ziniçev bildirib. "Hər iki qızın oyun üslubu oxşardır. Hər ikisi sürətli voleybolu sevir və dəyişiklik klub üçün bizim tutduğumuz inkişaf məntiqinə uyğundur", deyə Ziniçev əlavə edib.
