24 may 2011 14:09
İqtisadçı argentinalıdan imtina etdi
Argentinalı voleybolçu Yael Kastilyone Bakının "İqtisadçı" klubunda çıxış etməyəcək. Azerisport.az xəbər verir ki, "iqtisadçılar" əsas heyətə düşməkdə çətinliklər yaşayan latınamerikalı voleybolçu ilə müqaviləni uzatmamağı qərara alıblar. Xatırladaq ki, daha öncə "İqtisadçı"nın düşərgəsini finlandiyalı Riika Lextonen tərk etmişdi.
