17 may 2011 12:20
Slovakiyalı voleybolçu Azərbaycan millisində
Slovakiya yığmasının voleybolçusu Yana Matiasovska bundan sonra Azərbaycan millisinin şərəfini qoruyacaq. Azerisport.az xəbər verir ki, milliləşdirilməsi ilə əlaqədar son formallıqlar yekunlaşmaq üzrədi.
Artıq sözügedən idmançı iki ildən sonra Azərbaycan millisində çıxış edə biləcək. Bu isə o deməkdi ki, slovakiyalı voleybolçu gələcək Avropa çempionatının final mərhələsini buraxmaqla yanaşı Azərbaycan millisinə London Olimpiadasına lisenziya verəcək turnirlərdə kömək edə bilməyəcək.
