14 may 2011 12:14
Azərreyl`də 3 yeni müqavilə
"Azərreyl" üç voleybolçusu ilə yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, Superliqanın gümüş mükafatçısı braziliyalı Paulino De Souza Pereyra, tailandlı Nutsara Tomkom və amerikalı Tamas Cenefferin müqaviləsini uzadıb.
Hər üç voleybolçu qarşıdakı bir ildə "Azərreyl"in şərəfini qoruyacaq. Artıq transfer çalışmalarına başlayan Bakı klubu heyətindəki digər legionerlərlə yollarını ayırıb və qarşıdakı günlərdə yeni əcnəbilərlə güclənəcək. Xatırladaq ki, komanda "Çelenc Cup" turnirində çıxış edəcək.
