10 may 2011 17:34
Rabitə daha 1 oyunçu ilə müqavilə imzaladı (FOTO)
Qadın voleybolçular arasında Azərbaycan Superliqasının qalibi "Rabitə" daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi Sanya Staroviçlə yeni müqavilə imzalayıb.
Anlaşmaya əsasən 28 yaşlı serb voleybolçu daha bir il "Rabitə"nin şərəfini qoruyacaq. Bununla da Staroviç Azərbaycanda dördüncü mövsümünü keçirəcək. Qeyd edək ki, "Rabitə" dünən millimizin üzvü Natalya Məmmədova, eləcə də İrina Jukova, Kimberli Qlass, Silviya Popoveç, Mira Qoluboviç və Nataşa Krsmanoviçlə 1 illik müqavilə imzalamışdı.
