10 may 2011 15:22
Avrokuboklarda 5 klubla təmsil olunacağıq
Azərbaycan voleybol üzrə avrokubokların cari mövsümündə 5 klubla təmsil olunacaq. Azerisport.az xəbər verir ki, artıq 2011/12 mövsümü üçün müxtəlif qitə miqyaslı yarışlarda iştirak edəcək klublarımızın kimliyi də dəqiqləşib.
Son mövsümdə olduğu kimi, “Rabitə” Azərbaycan çempionu kimi ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. “Azərreyl” və “İqtsiadçı” CEV kubokunda mübarizə aparmaq hüququna yiyələnib. “Lokomotiv”lə “Bakı” isə Çelenc kubokunda yarışacaq. Qeyd edək ki, bu haqda yekun qərarın mayın 12-də veriləcəyi bildirilir.
