9 may 2011 12:24
İqtisadçı baş məşqçisi ilə yollarını ayırdı
Bakının voleybolçu qadınlardan ibarət “İqtisadçı” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi komandanın belçikalı çalışdırıcısı Jan de Brandtla yollarını ayırmağa qərar verib.
Artıq paytaxt klubunun rəhbərliyi yeni baş məşqçi axtarışlarına çıxıb. “İqtisadçılar”ın çalışdırıcısı isə İstanbulun “Beşiktaş” klubuna keçə bilər.
Qeyd edək ki, Brandt “İqtisadçı” ilə Çelenc Kubokunun yarımfinalına çıxarmış və Azərbaycan çempionatının bürünc mükafatına sahib çıxmışdı.
