9 may 2011 15:32
Azərbaycan çempionu 6 oyunçu ilə müqavilə bağladı
Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionu adını qazanan “Rabitə” mövsüm başa çatan kimi heyətini qoruyub saxlamaq yolunda da müəyyən işlər görüb. Azerisport.az xəbər verir ki, paytaxt klubu müqaviləsinin müddəti başa çatan bir neçə oyunçusu ilə sözləşməsini yeniləyib.
Bunlar Natalya Məmmədova, Kimberli Qlass, İrina Jukova, Silviya Popoviç, Mira Qoluboviç və Nataşa Krsmanoviçdi. Onları ən azı daha bir il “Rabitə”nin uğurları üçün tər tökəcəklər (Voleybolx.com).
