7 may 2011 19:27
Superliqada cari mövsümə yekun vuruldu
Bu gün qadın voleybolçular arasında Azərbaycan Superliqasında final mərhələsinin sonuncu - 9-cu turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Dördlər finalı”nın Bakıda təşkil olunan üçüncü mərhələsinin sonuncu turu bütün suallara aydınlıq gətirib.
Öncə meydana dünən çempionluğunu rəsmiləşdirmiş “Rabitə” ilə əsas izləyicisi “Azərreyl” çıxıb. Gərgin və maraqlı mübarizənin sonunda məhz qızıl medalların sahibi qələbə qazanan tərəf olub. “İqtisadçı” ilə “Lokomotiv”in duelində isə “dəmiryolçular” meydanı məğlub tərk edib. Nəticədə bu komanda mükafatçılar sırasına düşə bilməyib.
Azərbaycan Superliqası
Dördlər finalı
9-cu tur
7 may
Rabitə - Azərreyl - 3:2 (15:25, 21:25, 25:23, 25:22, 15:9)
İqtisadçı - Lokomotiv - 3:1 (20:25, 25:22, 26:24, 25:22)
Komandaların hazırkı turnir vəziyyəti belədi: Rabitə - 16 xal (24-15), Azərreyl – 13 (20-18), İqtisadçı – 13 (19-19), Lokomotiv – 12 (13-24).
