6 may 2011 20:46
Rabitə uduzsa da, yenə çempion oldu
Bu gün qadın voleybolçular arasında Azərbaycan Superliqasında final mərhələsinin 8-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Dördlər finalı”nın Bakıda təşkil olunan üçüncü mərhələnin sondan əvvəlki turu daha çox yeni ölkə çempionunun müəyyənləşməsiylə əlamətdar olub.
Öncə meydana “Lokomotiv”lə “Azərreyl” çıxıb. Tərəflərin gərgin və maraqlı mübarizəsinin sonunda dramatik qələbə “dəmiryolçular”a qismət olub. Bu isə “Azərreyl”in çempionluq şansının itirlməsiylə nəticələnib. Bu üzdən “Rabitə” “İqtisadçı” ilə oyuna çıxmazdan öncə çempionluğunu bayram edib. Yəqin ki, elə qızıl medalları təmin etdikləri üçün köhnə-yeni çempionumuz bugünkü oyunda özünü çox əziyyət salmayıb. Nəticədə yeni çempion turu məğlubiyyətlə başa vurub.
Azərbaycan Superliqası
Dördlər finalı
8-ci tur
6 may
Lokomotiv - Azərreyl - 3:2 (25:17, 20:25, 25:20, 18:25, 15:12)
Rabitə - İqtisadçı - 1:3 (25:19, 26:28, 17:25, 23:25)
Komandaların hazırkı turnir vəziyyəti belədi: Rabitə - 14 xal (21-13), Azərreyl – 12 (18-15), İqtisadçı – 11 (16-18), Lokomotiv – 11 (12-21).
