5 may 2011 20:36
Azərreyl və Rabitədən növbəti qələbə
Bu gün qadın voleybolçular arasında Azərbaycan Superliqasında final mərhələsinin 7-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Dördlər finalı”nın Bakıda təşkil olunan üçüncü mərhələnin açılış turunda ilk olaraq meydana “İqtisadçı” və “Azərreyl” çıxıb.
Müəyyən müqavimətlə üzləşsə də, “Azərreyl” “İqtisadçı” səddini qələbəylə keçməyi bacarıb. Ardından isə son çempion “Rabitə” “Lokomotiv”lə qarşılaşıb. Növbəti çempionluğunu rəsmiləşdirməyə çalışan “Rabitə” də “Azərreyl” kimi 3:1 hesablı qələbə ilə kifayətlənib.
Azərbaycan Superliqası
Dördlər finalı
7-ci tur
5 may
İqtisadçı - Azərreyl - 1:3 (23:25, 25:22, 17:25, 21:25)
Rabitə - Lokomotiv - 3:1 (25:23, 25:14, 22:25, 25:15)
Komandaların hazırkı turnir vəziyyəti belədi: Rabitə - 13 xal (20-10), Azərreyl – 11 (16-12), İqtisadçı – 9 (13-17), Lokomotiv – 9 (9-19).
