27 aprel 2011 21:50
Azərreyl yenə məğlub oldu
Bu gün qadın voleybolçular arasında Azərbaycan Superliqasında final mərhələsinin 4-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turdan etibarən qarşıdakı turlar da Masallıda keçiriləcək.
Cənub zonasındakı açılış turunda meydana öncə “Lokomotiv”lə “Rabitə” çıxıb. Son ölkə çempionu rəqibinə heç bir şans vermədən inamlı qələbə qazanıb. “İqtisadçı” isə “Azərreyl”lə qarşılaşmada rəqibinə final mərhələsindəki ikinci məğlubiyyətini yaşadıb.
Azərbaycan Superliqası
Dördlər finalı
4-cü tur
27 aprel
Lokomotiv - Rabitə - 0:3 (21:25, 16:25, 24:26)
İqtisadçı - Azərreyl - 3:1 (25:14, 20:25, 25:18, 25:21)
Komandaların hazırkı turnir vəziyyəti belədi: Rabitə - 7 xal (11-6), Azərreyl – 6 (9-8), İqtisadçı – 6 (8-8), Lokomotiv – 5 (5-11).
