19 aprel 2011 20:48
Rabitə ilk qələbəsini qazandı, Azərreyl vahid lider oldu
Bu gün qadın voleybolçular arasında Azərbaycan Superliqasında final mərhələsinin 2-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin oyunlarına Mingəçevirdə start verilib.
“Dördlər finalı”nın ikinci oyun günündə meydana öncə son çempion “Rabitə” ilə “İqtisadçı” çıxıb. Dünən “Azərreyl”ə uduzan “iqtisadçılar” çempionla görüşdə də eyni aqibəti yaşayıblar. “Azərreyl” isə eyni hesabla son çempiona qalib gələn “Lokomotiv”i məğlub etməklə, növbəti sensasiyanın qeydə alınmasına imkan verməyib.
Azərbaycan Superliqası
Dördlər finalı
19 aprel
Rabitə – İqtisadçı - 3:1 (25:19, 25:16, 22:25, 25:18)
Lokomotiv – Azərreyl - 1:3 (25:18, 19:25, 21:25, 15:25)
|
Komanda
|
Q
|
M
|
Set
|
X
|
|
Аzərreyl
|
2
|
0
|
6-2
|
4
|
|
Lokomotiv
|
1
|
1
|
4-5
|
3
|
|
Rabitə
|
1
|
1
|
5-4
|
3
|
|
İqtisadçı
|
0
|
2
|
2-6
|
2
|
