18 aprel 2011 21:14
Azərreyldən uğurlu, Rabitədən uğursuz start
Bu gün qadın voleybolçular arasında Azərbaycan Superliqasında final mərhələsinin 1-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin oyunlarına Mingəçevirdə start verilib.
İlk olaraq meydana son mövsümün qızıl və gümüş mükafatçıları - “Rabitə” ilə “Lokomotiv” çıxıb. “Dəmiryolçular” kifayət qədər dramatik alınan bu qarşılaşmada çətin qələbəyə seviniblər. “İqtisadçı” – “Azərreyl” matçında isə sonuncular qələbəyə sevinən tərəf olublar.
Azərbaycan Superliqası
Dördlər finalı
18 aprel
Rabitə – Lokomotiv- 2:3 (25:22; 25:16; 21:25; 22:25; 17:19)
İqtisadçı – Azərreyl- 1:3 (18:25; 25:22; 19:25; 22:25)
