8 aprel 2011 15:01
Baltiçin Bolqarıstan yığmasına təyinatı rəsmiləşdi
Qadın voleybolçulardan ibarət “Lokomotiv” klubunun baş məşqçisi Draqutin Baltiçin Bolqarıstan yığmasının baş məşqçisi təyin olunması rəsmiləşib. Azerisport.az xəbər verir ki, Superliqa klubunun çalışdırıcısı Bolqarıstan Voleybol Federasiyası ilə rəsmi müqaviləyə imza atıb.
Razılaşmaya əsasən o, qarşıdakı 3 il ərzində Bolqarıstanın qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi olacaq.
