2 aprel 2011 19:00
Kuboku Azərreyl`ə İlham Əliyev təqdim etdi, Korotenko ən yaxş oldu
Bu gün Bakıda qadın voleybolçular arasında təşkil olunan qitəmiqyaslı Çelenc kubokuna yekun vuruldu. Azerisport.az xəbər verir ki, buna hər iki finalçının Azərbaycan klubu olması səbəb oldu.
Belə ki, “Azərreyl” və “Lokomotiv”in üz-üzə gəldiyi ikinci final görüşü də birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Turnirin qalibi adını qazanan “Azərreyl”ə Çelenc kubokunu Azərbaycan prezidenti İlham Əliyev təqdim edib. Ölkə başçısı da tədbirdə mükafatsız qalmayıb. Belə ki, İlham Əliyevə Avropa Voleybol Konfederasiyasının (CEV) xüsusi kuboku təqdim edilib ki, bunu da dövlət başçısına final qarşılaşmasını izləmək üçün Bakıya təşrif buyuran CEV-in vitse-prezidenti Banu Can Sturmann verib.
Həmçinin bu qarşılaşmanın ən yaxşı oyunçusu da açıqlanıb ki, bu da “Azərreyl”in liberosu Valeriya Korotenko seçilib.
