2 aprel 2011 13:44
Çelenc kubokunun finalını İlham Əliyev də izləyəcək
Bu gün qadın voleybolçular arasında təşkil olunan qitəmiqyaslı Çelenc kubokunun cavab final oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, iki Azərbaycan klubu – “Azərreyl” və “Lokomotiv” arasında baş tutacaq həlledici görüşü ölkə başçısı da izləyəcək.
Belə ki, “Sərhədçi” idman kompleksində gerçəkləşəcək final qarşılaşmasını izləyənlər arasında Azərbaycan prezidenti İlham Əliyevin iştirakı da gözlənilir. Maraq üçün qeyd edək ki, bu qarşılaşma saat 16:00-da baş tutacaq və matçdan sonra mükafatlandırılma mərasimi olacaq.
