29 mart 2011 19:59

Çelenc kubokunda Azərbaycan finalı: Azərreyl 1 addım öndə (YENİLƏNİB)

Bu gün “Sərhədçi” idman kompleksində Çelenc kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qitəmiqyaslı turnirin həlledici matçında uğurlu mövsüm keçirərək bütün rəqiblərini mübarizədən kənarlaşdıran iki Azərbaycan klubu – “Azərreyl” və “Lokomotiv” münasibətlərinə aydınlıq gətirib.
 
İstənilən halda sözügedən turnirin baş mükafatının Bakıda qalacağı dəqiqdi. İndi sadəcə onun iki komandamızdan hansısa qismət olacağı sual doğurur. Bunu da qısa zaman kəsiyindən bilmiş olacağıq. İlk duelə gəlincə, qarşılaşmaya yaxşı başlayan "Lokomotiv" sonradan rəqibinin təzyiqlərinə davam gətirə bilmədi. Nəticədə "Azərreyl" gərgin və maraqlı mübarizəyə səhnə olan qarşılaşmada əzmkar qələbə qazanaraq, cavab görüşü öncəsi üstünlüyə yiyələnib.
 
Çelenc kuboku
Final (ilk oyun)
29 mart
 
AZƏRREYL - LOKOMOTİV - 3:1 (23:25, 25:20, 25:16, 25:22)

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub