24 mart 2011 17:02
Çelenc Kubokunda Azərbaycan finalının vaxtı müəyyənləşdi
Qadın voleybolçulardan ibarət klublar arasında keçirilən Çelenc Kubokunda final matçının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qitəmiqyaslı turnirin həlledici matçında iki təmsilçimiz - “Lokomotiv” və “Azərreyl” qarşılaşacaq.
Beləliklə, voleybolsevərlər Azərbaycan finalının ilk hissəsinə martın 29-da şahidlik edəcək. Cavab görüşü isə aprelin 2-də keçiriləcək. Hər iki qarşılaşma “Sərhədçi” İdman Kompleksində baş tutacaq və 18:00-da start götürəcək.
