21 mart 2011 01:44
Çelenc Kubokunda Azərbaycan finalının vaxtı müəyyənləşdi
Qadın voleybolçulardan ibarət klublar arasında keçirilən Çelenc Kubokunda final matçının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qitəmiqyaslı turnirin həlledici matçında iki təmsilçimiz - “Lokomotiv” və “Azərreyl” qarşılaşacaq.
Beləliklə, voleybolsevərlər Azərbaycan finalının 29 mart-3 aprel aralığına şahidi olacaq. Nominal meydanda baş tutacaq ilk qarşılaşmada ev sahibi olacaq “dəmiryolçular” rəqibini martın 29 və ya 30-da qəbul edəcək. Cavab görüşü isə 2-3 apreldə keçiriləcək.
