20 mart 2011 21:25

Rabitə Avropa ikincisi oldu (YENİLƏNİB)

Bu gün İstanbulda Azərbaycan çempionu “Rabitə” voleybolçu qadınlar arasında Çempionlar Liqasının final görüşündə Türkiyə təmsilçisi “Vakıfbank”la görüşüb. Azerisport.az xəbər verir ki, dünən “Dördlər finalı” çərçivəsində İtaliya çempionu “Skavolini”yə qalib gələn təmsilçimiz “Fenerbahçe”ni qızıl medallardan edən bu rəqibi ilə çətin duelə çıxıb.
 
Qeyd edək ki, Deyan Brdjoviçin yetirmələri indiyə qədər heç bir Azərbaycan klubunun bacarmadığını edə bilərdi. Vaxtilə bir dəfə “Dördlər finalı”na çıxmış “Azərreyl” həmin dövrdə 4-cü yerlə kifayətlənmişdi. Lakin artıq daha qabağa getməyi bacaran “Rabitə” ilk dəfə ölkəmizə ÇL-in qalibi adını qazandıra bilərdi. “Vakıfbank” isə daha güclü Türkiyə klubunu mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atmışdı və təmsilçimizi heç də asan görüş gözləmirdi. Gözlənildiyi kimi, komandamız meydan sahibləri dueldə demək olar ki, heç bir şeyə nail ola bilmədi. Nəticədə komandamız ÇL-in gümüş mükafatı ilə kifayətlənib.
 
Çempionlar Liqası
Final
 
20 mart
 
Vakıfbank – Rabitə - 3:0 (25:13, 25:20, 25:18)

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub