20 mart 2011 20:40
Lokomotiv finala vəsiqəni qızıl setdə qazandı (YENİLƏNİB)
Bu gün “Sərhədçi” idman kompleksində Çelenc kubokunun yarımfinal mərhələsi çərçivəsində “İqtisadçı” və “Lokomotiv” cavab matçına çıxıb. Azerisport.az xəbər verir ki, qitəmiqysalı turnirin cari mövsümündə uğurlu çıxışı ilə fərqlənən təmsilçilərimiz məhz yarımfinalda bir-birinə rəqib oldu.
Lakin bu gün onlardan biri çıxışını dayandırmalı, digəri isə finala vəsiqəni təmin etməliydi. Bu mənada bir həftə öncəki dueldə qələbə qazanan (3:0) “Lokomotiv”in həlledici oyuna daha yaxın olduğu aydın idi. Lakin onların bu günkü görüşdə də “İqtisadçı”ya eyni aqibəti yaşatması vacib idi. "İqtisadçı" isə sadəcə bu görüşdə inanılmaz oyunu ilə alqış qazanmış oldu. Belə ki, ilk setdə məğlub olan "iqtisadçılar" sonrakı 3 setdə "Loko"nu məğlub etdi. Belədə qızıl setə ehtiyac duyuldu ki, "dəmiryolçular" məhz bu setdə həlledici görüşə vəsiqəni təmin etməyi bacarıb.
Maraq üçün qeyd edək ki, "Lokomotiv" finalda digər Azərbaycan klubuna rəqib olacaq. Çünki dünən Rusiyanın “Uraloçka” klubu ilə qarşılaşan digər təmsilçimiz “Azərreyl” rəqibini mübarizədən kənarlaşdıraraq, Azərbaycan finalının baş tutmasına şərait yaratmışdı.
Çelenc kuboku
Yarımfinal, cavab oyunu
20 mart
Lokomotiv - İqtisadçı - 2:3 (25:23, 20:25, 22:25, 25:14, 8:15) (qızıl set - 15:13)
