19 mart 2011 18:17
Çelenc kubokunda Azərbaycan finalı reallaşdı
Voleybolçu qadınlar arasında keçirilən Çelenc kubokunda Azərbaycan finalı nəhayət ki, reallaşdı. Azerisport.az xəbər verir ki, buna “Azərreyl”in yarımfinal görüşündə Rusiyanın “Uraloçka” klubu üzərindəki möhtəşəm qələbəsi şərait yaradıb – 3:1.
Qeyd edək ki, doğma meydanda təmsilçimiz 3:2 hesablı çətin qələbə qazandıqdan sonra, cavab görüşündəki şansları az qiymətləndirilirdi. Lakin Vüqar Əliyevin yetirmələri səfər matçında daha parlaq qələbə qazanmaqla, qitə miqyaslı turnirdə Azərbaycan finalının baş tutmasını təmin etmiş oldu.
Axı digər yarımfinal cütündə də iki Azərbaycan klubu – “İqtisadçı” və “Lokomotiv” münasibətlərinə aydınlıq gətirir. Hansı ki, ilk oyunda “dəmiryolçular” qələbə qazanmışdı (3:0) və sabah onlar cavab görüşündə finala kimin vəsiqə qazanacağını tam rəsmiləşdirmiş olacaqlar.
