19 mart 2011 18:09
Fenerbahçe və Vakıfbank azarkeşlərindən Rabitəyə dəstək
Bu gün keçirilən Çempionlar Liqasının “Rabitə” və “Skavolini” (İtaliya) görüşündə komandamıza yerli tərəfdarlar da azarkeşlik edir. İstanbulda baş tutan “Dördlər finalı”nın bu yarımfinal görüşündə digər iştirakçılar – qardaş ölənin “Fenerbahçe” və “Vakıfbank” klublarının fanatları da məhz Azərbaycan çempionunun italyanlara qalib gəlməsini istəyir.
Onlar “Azərbaycan, Azərbaycan!” və “İki dövlət, bir millət” şüarlarını səsləndirirlər. Maraq üçün onu da bildirək ki, finala çıxacağı halda “Rabitə” məhz Türkiyə klublarından biri ilə qarşılaşacaq.
