19 mart 2011 17:24
Azərbaycan və İtaliya çempionlarının duelində texniki problem yarandı
Çempionlar Liqasının “Dördlər finalı” çərçivəsində İstanbulda baş tutan “Rabitə” (Azərbaycan) – “Skavolini” (İtaliya) görüşündə texniki problem yaranıb. Azerisport.az xəbər verir ki, sözügedən həlledici görüşlərin keçirildiyi idman kompleksinin elektron tablosu işləməyib.
Belədə, yaranan çatışmazlığı aradan qaldırmaq üçün hər dəfə diktorun canlı olaraq hesabı elan etməsinə ehtiyac duyulub.
