17 mart 2011 15:56
Rabitə Dördlər finalı üçün iştirak ərizəsini açıqladı
Voleybolçu qadınlardan ibarət son Azərbaycan çempionu “Rabitə” Çempionlar Liqasının “Dördlər finalı” üçün heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, komandamızın baş məşqçisi Deyan Brdjoviç İstanbulda keçiriləcək həlledici oyunlar üçün aşağıdakı 12 oyunçuya güvənib:
Diana Nenova, Boyana Doqanyiç, Mirela Deliç, Marina Miletim, Nataşa Krsmanoviç, Olqa Ativi, Silviya Popoviç, Natalya Məmmədova, Kimberli Qlass, Mira Qoluboviç, Sanya Staroviç, İrina Jukova.
