17 mart 2011 12:52
Rabitə`nin rəqibi sabah İstanbula gəlir
Azərbaycan çempionu “Rabitə”nin Çempionlar Liqasının yarımfinalındakı rəqibi “Skavolini” sabah İstanbula gələcək. Azerisport.az xəbər verir ki, “Dördlər finalı”nda komandamıza rəqib olan İtaliya çempionu təmsilçimizlə görüş öncəsi bir məçqlə kifayətlənəcək.
Belə ki, “Burhan Felek” idman kompleksində baş tutacaq yeganə hazırlıq prosesindən sonra italyanlar “Rabitə” ilə martın 19-da baş tutacaq yarımfinal görüşünü gözləməyə başlayacaqlar.
