16 mart 2011 19:34
Lokomotiv İqtisadçı ilə dueldən darmadağınla ayrıldı (YENİLƏNİB)
Bu gün “Sərhədçi” İdman Kompleksində voleybolçu qadınlar arasında Çelenc Kubokunun digər yarımfinal oyunu keçirilib. Azerisport.az xəbər verir ki, finala vəsiqə uğrunda bu yarımfinal cütündə iki Azərbaycan klubu qarşı-qarşıya gəlib.
“İqtisadçı” ilə “Lokomotiv” qitəmiqyaslı turnirin cari mövsümündə əla təsir bağışlayır və hələ ki, rəqib tanımırlar. Məhz bu uğurlu çıxışın nəticəsi idi ki, onlar finala vəsiqə uğrunda məhz bir-biri ilə mübarizə aparmalı oldu. Lakin bu dəfə onlardan biri mütləq çıxışını dayandırmalı olacaq. Bu mübarizədən kimin qalib çıxacağına isə elə ilk oyunda böyük ölçüdə aydınlıq gələ bilərdi ki, "Lokomotiv"in inamlı qələbəsi çox şeydən xəbər vermiş olur.
Qeyd edək ki, digər yarımfinal cütündə də daha bir təmsilçimiz “Azərreyl” Rusiya “Uraloçka”sı ilə üz-üzədi ki, dünən baş tutan ilk oyunda voleybolçularımız 3:2 hesablı çətin qələbəyə sevinib.
Çelenc kuboku
Yarımfinal, ilk oyun
16 mart
İqtisadçı - Lokomotiv - 0:3 (21:25, 20:25, 26:28)
