15 mart 2011 20:18
Azərreyl Uraloçka üzərində çətin qələbə qazandı (YENILƏNİB)
Bu gün “Sərhədçi” idman kompleksində Azərbaycanın voleybolçu qadınlardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda ilk yarımfinal matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız Rusiyanın “Uraloçka” klubuyla münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, Vüqar Əliyevin komandasının qitəmiqyaslı turnirin final matçına vəsiqə qazanmaq üçün şansı heç də az deyil. Lakin bunun üçün komandamızın Yekaterinburq təmsilçisini yolundan kənarlaşdırması çox vacibdi. Cavab oyunu öncəsi inamlı qələbə komandamızın şanslarını daha da yaxşılaşdıra bilərsi. Gəl ki, təmsilçimiz ev oyununda rəqibi üzərində çətinliklə qələbə qazandı. Cavab oyununda necə olacağını isə zaman göstərəcək.
Maraq üçün onu da xatırladaq ki, vaxtilə komandamız bu rəqiblə Çempionlar Liqasında üz-üzə gəlib və iki oyunun nəticəsinə görə Rusiya klubu qələbə qazanan tərəf olub (3:0, 3:2).
Çelenc kuboku
Yarımfinal, ilk oyun
15 mart
Azərreyl - Uraloçka - 3:2 (25:22, 22:25, 25:21, 29:31, 15:13)
