7 mart 2011 21:09
"Rabitə" "Dördlər finalı"na Nitsada hazırlaşacaq
"Rabitə" "Dördlər finalı"na Nitsada hazırlaşacaq
"Rabitə" Martın 19-u və 20-də İstambulda keçiriləcək voleybol üzrə qadınlar arasında Çempionlar liqasının "Dördlər finalı"na Nitsada hazırlaşacaq. Azerisport.az xəbər verir ki, komanda Nitsada toplanış keçirəcək və oradan birbaşa Türkiyəyə, avrokubokun final mərhələsinə yollanacaq. Xatırladaq ki, yarımfinalda "rabitəçilər"in rəqibi İtaliyanın "Scavolini" kollektividir.
