3 mart 2011 18:24
Rabitə Dördlər finalında! (YENİLƏNİB)
Bu gün voleybolçu qadınlardan ibarət son Azərbaycan çempionu “Rabitə” “Sərhədçi” İdman Kompleksində Çempionlar Liqasının pley-off mərhələsinin növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız İstanbulda keçiriləcək Dördlər finalına vəsiqə qazanmaq yolunda son sınağını məhz doğma divarlar arasında verib.
Dejan Brdjoviçin yetirmələri ümumi qələbəni təmin etmək üçün səfərdən sərfəli nəticə ilə dönməyə borcluydu ki, bunun da öhdəsindən layiqincə gəlmişdilər. Məhz səfərdəki darmadağın sayəsində komandamız cavab görüşü ərəfəsində böyük üstünlüyə malik idi. Lakin buna rəğmən komandamız Dördlər finalına vəsiqəni məhz cavab görüşündə rəsmiləşdirməliydi. Gözlənildiyi kimi, Azərbaycan çempionu bu görüşdə də rəqibini darmadağın edərək, final mərhələsinə vəsiqəni təmin etdi.
Çempionlar Liqası
3 mart
RABİTƏ - FAKRO - 3:0 (25:20, 25:19, 25:19)
