2 mart 2011 19:22
Azərreyl də yarımfinalda (YENİLƏNİB)
Bu gün Azərbaycanın “Azərreyl” voleybol klubu “Sərhədçi” İdman Kompleksində Çelenc Kubokunun 1/4 final mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, voleybolçu qadınlarımızın bu mərhələdəki rəqibi Finlandiyanın “Salo” klubuydu.
Qeyd edək ki, “Azərreyl” bu rəqibiylə ilk görüşünü səfərdə keçirmişdi və çox çətin qələbə qazana bilmişdi – 3:2. Yarımfinala vəsiqəni təmin etmək yolunda isə təmsilçimizə ev oyununda da qələbə qazanmaq çox vacib idi. Gözlənildiyi kimi, təmsilçimiz rəqibi üzərində inamlı qələbə qazanaraq, adını yarımfinala yazdırdı.
Sonda onu da nəzərinizə çatdıraq ki, "Azərreyl"i növbəti mərhələdə Rusiyanın "Uraloçka" klubu ilə görüş gözləyir. Hansı ki, "Mallorca" ilə dueldən qalib ayrılmağı bacarıb.
Çelenc Kuboku
1/4 final (cavab oyunu)
2 mart
AZƏRREYL – SALO - 3:0 (25:20, 25:20, 25:16)
