1 mart 2011 23:23
Lokomotiv yarımfinalda rəqibini gözləyir (YENILƏNİB)
Bu gün Azərbaycanın qadınlardan ibarət “Lokomotiv” klubu Çelenc Kubokunun 1/4 final mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimizin bu mərhələdəki rəqibi Bakıdakı ilk oyunda asanlıqla yendiyi Almaniyanın “Şveriner” klubu idi.
Qeyd edək ki, mütəxəssislər bu cütdə məhz Azərbaycan klubunun favorit olduğunu düşünürdü. Təmsilçimiz doğma meydandakı ilk qarşılaşmada inamlı qələbə qazanmışdı – 3:0. Lakin həmin oyunda ilk setdə bir qədər çətinliklə qarşılaşan “Lokomotiv” rəqibinə xal vermədən qələbə qazansa da, səfərdə işinin heç də asan olmayacağı dəqiq idi. Gözlənildiyi kimi, almanlar meydan amilindən yararlanıb qələbə qazanmağa çalışdı. Lakin hər dəfə buna cavab verməyi bacaran voleybolçularımız nəhayət həlledici setdə də qələbə qazanaraq, yarımfinala yüksəlib.
Yarımfinalda "Lokomotiv"i "İqtisadçı" (Azərbaycan) - "Kralovo Pole" (Çexiya) cütünün qalibi ilə duel gözləyir.
Çelenc Kuboku
1/4 final (cavab oyunu)
1 mart
ŞVERİNER - LOKOMOTİV - 2:3 (25:17, 23:25, 25:16, 23:25, 14:16)
