24 fevral 2011 22:26
Rabitə səfərdən möhtəşəm qələbəylə dönür (YENİLƏNİB)
Bu gün voleybolçu qadınlardan ibarət son Azərbaycan çempionu “Rabitə” Çempionlar Liqasının pley-off mərhələsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız İstanbulda keçiriləcək Dördlər Finalına vəsiqə qazanmaq yolunda ilk sınağını səfərdə - Polşada yerli “Fakro” qarşısında verib.
Dejan Brdjoviçin yetirmələri ümumi qələbəni təmin etmək üçün səfərdə sərfəli nəticə ilə dönməyə borcluydu. Lakin bu heç də asan başa gəlməyəcəkdi ki, ilk set də bunu sübut etdi. Lakin ilk setdə qazanılan qələbə təmsilçimizin növbəti setləri də uğurlu bitirməsinə şərait yaradıb və komandamız cavab görüşü ərəfəsində böyük üstünlük qazanıb.
Çempionlar Liqası
24 fevral
FAKRO – RABİTƏ - 0:3 (23:25, 21:25, 19:25)
