23 fevral 2011 23:03
Azərreyl`dən çətin səfər qələbəsi (YENİLƏNİB)
Bu gün Azərbaycanın “Azərreyl” voleybol klubu Çelenc Kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, voleybolçu qadınlarımızın bu mərhələdəki rəqibi Finlandiyanın “Salo” klubudu.
Qeyd edək ki, bu gün meydana çıxan “İqtisadçı”dan, eləcə də rəqibiylə münasibətlərinə dünən aydınlıq gətirən “Lokomotiv”dən fərqli, “Azərreyl” ilk görüşünü səfərdə keçirirdi. Yarımfinala vəsiqəni təmin etmək yolunda isə təmsilçimizə səfərdən sərfəli nəticə ilə qayıtmaq çox vacib idi. Düzdü, komandamız səfərdə çətin anlar yaşasa da, sonda qələbəni təmin edə bildi.
Çelenc Kuboku
1/4 final (ilk oyun)
23 fevral
SALO - AZƏRREYL - 2:3 (25:19, 15:25, 26:24, 14:25, 9:15)
