23 fevral 2011 18:14
İqtisadçı Çexiya klubunu darmadağınla yola saldı (YENİLƏNİB)
Bu gün “Sərhədçi” İdman Kompleksində Azərbaycanın “İqtisadçı” voleybol klubu Çelenc Kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, voleybolçu qadınlarımızın bu mərhələdəki rəqibi Çexiya təmsilçisi “Kralovo Pole” klubudu.
Qeyd edək ki, cütün favoriti kimi məhz “iqtisadçılar” göstərilirdi. Çünki təmsilçimiz avrokuboklarda kifayət qədər inamlı təsir bağışlayır. Yarımfinala vəsiqəni təmin etmək üçün isə doğma meydandakı ilk oyundan çox şey asılıydı. Gözlənildiyi kimi, Jan De Brandtın yetirmələri bu dəfəki rəqibinə də doğma meydanda şans tanımayıb. Rəqibini darmadağınla yola salan komandamıza indi sadəcə cavab görüşündə də sərfəli nəticə qazanmaq qalır.
Çelenc Kuboku
1/4 final (ilk oyun)
23 fevral
İQTİSADÇI – KRALOVO POLE - 3:0 (25:20, 25:19, 25:17)
