17 fevral 2011 19:22
Üçhakimiyyətliliyə yenə son qoyan tapılmadı
Bu gün voleybolçu qadınlar arasında Azərbaycan Superliqasının növbəti turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Sərhədçi” İdman Kompleksində baş tutan 9-cu turun görüşlərində ciddi sensasiya qeydə alınmayıb.
Hesabat turu “Şirvan” və “İqtisadçı” arasındakı qarşılaşmayla start götürüb. Gözlənildiyi kimi, “iqtisadçılar” rəqibi üzərində asan qələbəyə sevinib. Günün növbəti matçında “Rabitə” Bakının eyniadlı təmsilçisi üzərində oxşar qələbə qazanıb. Nəhayət günün sonuncu və həlledici matçında qarşılaşan “Lokomotiv”lə “Azərreyl”in duelində də sonuncular daha üstün olub. Baxmayaraq ki, “Çelenc Kuboku”ndakı təmsilçilərimizin duelində “Lokomotiv”in belə asanlıqla təslim olacağı gözlənilmirdi. Beləliklə, bu nəticələrdən sonra, Superliqada üçhakimiyyətlilik hələ də davam edir.
Azərbaycan Superliqası
9-cu tur
17 fevral
İqtisadçı – Şirvan - 3:0 (25:20, 25:17, 25:6)
Rabitə - Bakı - 3:0 (25:18, 25:18, 25:14)
Lokomotiv – Azərreyl – 0:3 (13:25, 12:25, 22:25)
Hazırda turnir cədvəlindəki son vəziyyət belədi: Rabitə - 16 (23-8), İqtisadçı - 16 (23-8), Azərreyl - 14 (22-8), Lokomotiv - 11 (12-21), Bakı - 11 (8-21), Şirvan - 10 (4-26).
