14 fevral 2011 21:00
Ölkə çempionatında üçhakimiyyətlilik davam edir (FOTOLAR)
Bu gün voleybolçu qadınlar arasında Azərbaycan Superliqasının növbəti turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Sərhədçi” İdman Kompleksində baş tutan 8-ci turun görüşlərində ciddi sensasiya qeydə alınmayıb.
Hesabat turu “Bakı” və “İqtisadçı” arasındakı qarşılaşmayla start götürüb. Paytaxtın eyniadlı klubu rəqibinə heç bir müqavimət göstərə bilməyib və “iqtisadçılar” asan qələbəyə sevinib. Nəticədə “İqtisadçı” zirvəni ələ keçirib. “Azərreyl” isə autsader “Şirvan”a heç bir şans yeri qoymayıb. Nəticədə bu komanda da liderlə xallarını bərabərləşdirib. Lakin günün sonuncu və həlledici matçında qarşılaşan “Lokomotiv”lə “Rabitə”nin duelinin nəticəsi yenə sonuncuların liderliyi ələ keçirməsiylə nəticələnib.
Azərbaycan Superliqası
8-ci tur
14 fevral
Bakı - İqtisadçı - 0:3 (19:25, 14:25, 20:25)
Azərreyl - Şirvan - 3:0 (25:21, 25:11, 25:12)
Lokomotiv – Rabitə - 1:3 (14:25, 25:13, 17:25, 25:27)
Hazırda turnir cədvəlindəki son vəziyyət belədi: Rabitə - 14 (20-8), İqtisadçı - 14 (20-8), Azərreyl - 14 (19-8), Lokomotiv - 11 (12-18), Bakı - 8 (5-18), Şirvan - 8 (4-20).
