11 fevral 2011 11:36
Klublarımızın 1/4 finalda döyüşəcəyi rəqiblər
Xəbər verdiyimiz kimi, artıq Azərbaycanın 3 klubu voleybolçu qadınlar arasında “Çelenc Kuboku”nun 1/4 finalına vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, bunlar bütün rəqiblərini sıradan çıxarmağı bacaran “İqtisadçı”, “Azərreyl” və “Lokomotiv”di.
Artıq komandalarımızın rəqibləri də müəyyənləşib. Belə ki, “İqtisadçı”nın 1/4 finaldakı rəqibi Çexiyanın “Kralovo Pole” komandasıdı. “Azərreyl” Finlandiyanın “LP Salo” klubuyla münasibətlərinə aydınlıq gətirməli olacaq. “Lokomotiv” isə daha güclü Almaniya təmsilçisi - “Şveringer”lə mübarizə aparmaq hüququ qazanıb.
Qeyd edək ki, 1/4 final mərhələləsinin oyunları fevralın 22, 23 və ya 24-də, cavab görüşləri isə bir həftə sonra baş tutacaq.
