11 fevral 2011 11:22
Rabitə ÇL-in 1/6 finalına səfər oyunuyla başlayacaq
Azərbaycanın voleybolçu qadınlardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının 1/6 final mərhələsində ilk oyununu səfərdə keçirəcək. Azerisport.az xəbər verir ki, bu mərhələdə Polşanın “Fakro” klubuyla düşən təmsilçimiz cütün taleyinə aydınlıq gətirəcək həlledici görüşə isə doğma azarkeşlərinin gözü qarşısında çıxacaq.
Polşadakı oyun təqvimə əsasən fevralın 22, 23 və ya 24-də baş tuta bilər. Cavab görüşü isə müvafiq olaraq bir həftə sonra Bakıda keçiriləcək.
