10 fevral 2011 18:44

Rabitə: qızıl setdə qızıl qələbə (YENİLƏNİB)

Bu gün Azərbaycan çempionu “Rabitə” voleybolçu qadınlar arasında Çempionlar Liqasının cavab pley-off matçına çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz doğma azarkeşlərin gözü önündə Çexiyanın “Modranska” klubuyla qarşılaşıb.
 
Qeyd edək ki, “rabitəçilər” pley-offa qrup lideri kimi çıxmışdılar. Rəqib isə ən yaxşı göstəriciyə malik qrup üçüncüsü kimi bu mərhələyə vəsiqə qazanmışdı. Məhz bu üzdən komandamız cütün aşkar favoriti göstərilirdi. Lakin ilk oyunda meydan amilindən maksimum yararlanan çexlər gərgin mübarizədən 3:2 hesablı qələbəylə ayrılmışdılar. Bu üzdən təmsilçimiz həmin yenilginin əvəzini çıxmaq üçün ilk 3 setdə itkisiz qələbə qazanmalı, nəhayət "qızıl set"də rəqibini sıradan çıxarmalıydı. Əks halda komandamız ÇL-dəki çıxışını erkən dayandırmalı olacaqdı. Xoşbəxtlikdən "Rabitə" rəqibinin çox ciddi müqaviməti ilə üzləşməsinə rəğmən, bu çətin vəzifənin öhdəsindən layiqincə gələ bildi və adını növbəti mərhələyə yazdırdı.
 
Maraq üçün onu da bildirək ki, komandamız növbəti mərhələd "Villa Korteze"ni (İtaliya) mübarizədən kənarlaşdıran "Bank PBS" (Polşa) ilə münasibətlərinə aydınlıq gətirməli olacaq.
 
Çempionlar Liqası
Pley-off mərhələsi (cavab oyunu)
 
17:00. Rabitə - Modranska - 4:0 (25:21, 25:23, 25:19, 15:11)
(İlk oyun – 2:3)

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub