8 fevral 2011 23:16
Lokomotiv 1/4-ə vəsiqəni səfərdə rəsmiləşdirdi (YENİLƏNİB)
Bu gün voleybolçu qadınlar arasında “Çelenc Kuboku”nun 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın sözügedən turnirdəki 3 təmsilçisindən biri olan “Lokomotiv” bu mərhələdəki rəqibi - Kiprin “Apollon” komandası ilə cavab görüşünə səfərdə çıxıb.
Komandamız digər təmsilçilərimizdən fərqli, ilk oyununu doğma meydanda keçirmiş və rəqibini darmadağınla yola salmışdı. İndi isə növbəti mərhələyə vəsiqə qazanmaq üçün səfərdən də qələbəylə dönmək gərəkirdi. Gözlənildiyi kimi, təmsilçimiz sensasiyaya imkan vermədi və səfərdə də eyni uğuru təkrarlamağı bacardı.
Beləliklə, "İqtisadçı" və "Azərreyl" kimi, "Lokomotiv" də adını 1/4 finala yazdırdı.
Çelenc Kuboku
1/8 final (cavab oyunu)
8 fevral
22:00. APOLLON – LOKOMOTİV - 0:3 (19:25, 23:25, 19:25)
(İlk oyun – 0:3)
