8 fevral 2011 19:45
Azərreyl Ukrayna klubunu problemsiz keçdi (YENİLƏNİB)
Bu gün voleybolçu qadınlar arasında “Çelenc Kuboku”nun 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı təmsil edən 3 klubdan biri olan “Azərreyl” də bu mərhələdəki rəqibi olan Ukraynanın “Ximik” komandası ilə cavab oyununa doğma meydanda çıxıb.
Qeyd edək ki, komandamız bu görüşün əsas favoritlərindən sayılırdı və gözlənildiyi kimi elə səfərdə keçirilən ilk görüşdə rəqibini darmadağın etməklə, cütün taleyini həll etmiş oldu. İndi həmin uğuru yenidən təkrarlamaqla, sensasiyaya imkan verməmək qalırdı ki, voleybolçularımız ümidləri tam doğrulda biliblər.
Beləliklə, bu gün ilk 1/4 finalçı olan "İqtisadçı"nın ardınca "Azərreyl" də adını növbəti mərhələyə yazdırıb.
Çelenc Kuboku
1/8 final (cavab oyunu)
8 fevral
18:30. AZƏRREYL – XİMİK - 3:0 (25:15, 25:14, 25:18)
(İlk oyun – 3:0)
