8 fevral 2011 17:40

İqtisadçı ilk 1/4 finalçımız oldu (YENİLƏNİB)

Bu gün voleybolçu qadınlar arasında “Çelenc Kuboku”nun 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan klublarından “İqtisadçı” bu mərhələdəki ilk oyununu səfərdə keçirdiyindən, cavab görüşünə doğma meydanda çıxıb.
 
Komandamız bu mərhələdəki rəqibi olan Rumıniyanın “Stiinta” komandasını səfərdə darmadağın etdiyindən, doğma meydanda da eyni uğuru təkrarlayıb, adını növbəti mərhələyə yazdıracağı şübhə doğurmurdu. İlk iki seti rahat qazanan təmsilçimiz üçüncü setdə rəqibin müqaviməti ilə üzləşsə də, növbəti setdə ümumi qələbəni təmin edərək, ölkəmizin 1/4 finaldakı ilk təmsilçisi olub.
 
Çelenc Kuboku
1/8 final (cavab oyunu)
8 fevral
 
16:00. İQTİSADÇI – STİİNTA - 3:1 (25:17, 26:24, 23:25, 25:10)
(İlk oyun – 3:0)

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub