3 fevral 2011 23:45
Azərbaycan çempionu Çexiyadan məğlub dönür (YENİLƏNİB)
Bu gün Azərbaycan çempionu “Rabitə” voleybolçu qadınlar arasında Çempionlar Liqasının ilk pley-off matçına çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz səfərdə Çexiyanın “Modranska” klubuyla qarşılaşıb.
Qeyd edək ki, “rabitəçilər” pley-offa qrup lideri kimi çıxmışdılar. Rəqib isə ən yaxşı göstəriciyə malik qrup üçüncüsü kimi bu mərhələyə vəsiqə qazanmışdı. Məhz bu üzdən komandamız bu görüşün aşkar favoriti göstərilirdi. Lakin meydan sahiblərinin ciddi müqaviməti ilə üzləşən komandamız evə məğlub qayıtmaq məcburiyyətində qaldı.
Çempionlar Liqası
Pley-off mərhələsi (ilk oyun)
21:10. Modranska – Rabitə - 3:2 (19:25, 25:22, 25:19, 23:25, 21:19)
Sonda onu da qeyd edək ki, komandamız növbəti mərhələyə vəsiqə qazana bilsə, o zaman `Villa Korteze` (İtaliya) - `Bank PBS` (Polşa) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.
