2 fevral 2011 20:20
İqtisadçı rumınlara səfərdə qalib gəldi (YENİLƏNİB)
Bu gün voleybolçu qadınlar arasında “Çelenc Kuboku”nun 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan klublarından “Azərreyl” və “Lokomotiv”in ardınca bu turnirdəki digər təmsilçimiz – “İqtisadçı” da bu mərhələdəki ilk oyununa çıxıb.
Komandamız bu mərhələdəki rəqibi olan Rumıniyanın “Stiinta” komandası ilə ilk oyununu səfərdə keçirib. Lakin buna baxmayaraq, digər təmsilçilərimiz kimi “İqtisadçı”nın da rumınlarla dueldən qalib ayrılmaq şansları yüksək qiymətləndirildi. Komandamız ilk iki setdə müəyyən müqavimətlə üzləşsə də, sonda istənilən qələbəni təmin edə bildi.
Çelenc Kuboku
1/8 final (ilk oyun)
1 fevral
STİİNTA - İQTİSADÇI - 0:3 (22:25, 23:25, 17:25)
