22 yanvar 2011 19:54
Rabitə Azərreyl`i darmadağın edib, zirvəyə yüksəldi
Bu gün voleybolçu qadınlar arasında Azərbaycan Superliqasının növbəti turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Sərhədçi” İdman Kompleksində baş tutan 7-ci turun görüşlərində ciddi sensasiya qeydə alınmayıb.
Hesabat turunu “Bakı” və “Şirvan” arasındakı qarşılaşmayla start götürüb. Lakin paytaxtın eyniadlı klubu rəqibinə heç bir şans verməyib. “Lokomotiv”lə “İqtisadçı”nın görüşündə “dəmiryolçular” da darmadağından yaxa qurtara bilməyib. Nəhayət, turun mərkəzi görüşündə “Azərreyl” “Rabitə” ilə qarşılaşıb. Daha üstün tərəf olan son ölkə çempionu əsas rəqibini darmadağın etməklə, zirvəni ələ keçirib.
Azərbaycan Superliqası
7-ci tur
22 yanvar
Bakı - Şirvan - 3:0 (25:17, 25:16, 25:20)
Lokomotiv - İqtisadçı - 0:3 (23:25, 17:25, 18:25)
Rabitə - Azərreyl - 3:0 (25:23, 25:20, 25:14)
Hazırda turnir cədvəlindəki son vəziyyət belədi: Rabitə - 12 (17-6), İqtisadçı - 12 (17-8), Azərreyl - 16 (16-8), Lokomotiv - 10 (11-15), Bakı - 7 (5-15), Şirvan - 7 (4-17).
