18 yanvar 2011 19:42
Ölkə çempionatında darmadağınlar günü
Bu gün voleybolçu qadınlar arasında Azərbaycan Superliqasının növbəti turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Sərhədçi” İdman Kompleksində baş tutan 6-cı turun görüşlərində ciddi sensasiya qeydə alınmayıb.
Hesabat turunu `Azərreyl` ilə `Bakı` açıq elan edib və rəqibinin demək olar ki, heç bir müqavimətilə üzləşməyən birincilər qələbəni bayram edib. Ardından son ölkə çempionu `Rabitə` `İqtisadçı`nı sınağa çəkib və müəyyən müqavimətlə üzləşməsinə rəğmən, sonda qalib gəlib. Ən sonda isə `Lokomotiv` `Şirvan` üzərinə müqavimət görmədən qələbə qazanıb.
Azərbaycan Superliqası
6-cı tur
18 yanvar
Azərreyl - Bakı - 3:0 (25:21, 25:17, 25:15)
Rabitə - İqtisadçı - 0:3 (24:26, 23:25, 22:25)
Lokomotiv - Şirvan - 3:0 (25:16, 25:14, 25:23)
Hazırda turnir cədvəlindəki son vəziyyət belədi: Azərreyl - 11 (16-5), Rabitə - 10 (14-6), İqtisadçı - 10 (14-8), Lokomotiv - 10 (11-12), Bakı - 7 (5-15), Şirvan - 6 (4-17).
